Türkiyənin Arpaçay rayonunda yelləncək ipinin boynuna dolanması nəticəsində 3 yaşlı qız həyatını itirib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Qarsın Arpaçay rayonunda 3 yaşlı Nisanur G. evinin bağçasında oynayarkən boynuna yelləncək ipi dolanıb.
Ailəsi onu yelləncəkdə hərəkətsiz vəziyyətdə görüb və Təcili Yardıma məlumat verib.
Xəbərin ardından hadisə yerinə gələn tibb əməkdaşları 3 yaşlı qızı Arpaçay Dövlət Xəstəxanasına çatdırıblar.
Bütün tibbi müdaxilələrə baxmayaraq Nisanur G.-ni xilas etmək mümkün olmayıb.
Kiçik qızın cəsədi Harakani Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.