Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, hadisə paytaxtın Dərnəgül adlanan ərazisində qeydə alınıb.
“Ford Transit” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəza səbəbindən ərazidə uzun tıxac yaranıb və nəqliyyatın hərəkətində çətinlik müşahidə olunub.
Faktla bağlı araşdırma aparılır.