logo
logo logo
logo

Şəmkirdə yaşayış evində YANĞIN

18:14 - 24 İyul 2026

Şəmkirdə yaşayış evində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirlikdən Manset.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 500kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində dördotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 70kv.m sahədə, ikinci mərtəbəsində bir otağın tavanı 20kv.m sahədə, evə bitişik yerləşən ümumi sahəsi 400kv.m olan talvarın yanar konstruksiyaları, həyətyanı sahədə ümumi sahəsi 100kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

    Xəsarət alan olmayıb. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az