logo
logo logo
logo

Lənkərandakı yanğın söndürüldü - YENİLƏNİB

19:48 - 03 Avqust 2026

Lənkərandakı yanğın söndürüldü - YENİLƏNİB

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.


Manset.az xəbər verir ki, yanğınla bağlı yerli sakinlər aidiyyəti üzrə məlumat veriblər.

Daxil olan məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri, iki texnikası əraziyə cəlb olunub. Görülən operativ tədbirlərlə alov qısa müddətdə lokallaşdırılıb və yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilib. Küləkli hava şəraiti yanğınsöndürənlərin işini çətinləşdirib. Alovun daha da geniş ərazilərə keçməməsi üçün kənd sakinləri də yanğınsöndürənlərə köməklik göstəriblər. 

Əldə etdiyimiz son məlumata görə açıq ərazidə başlanan yanğın söndürülüb.

Qeyd edək ki, yanğın olan sahədə əsasən kol-kos, eləcə də alçaq və hündür boylu  ağaclar da var.

Nuranə Alisoy

***

18:12

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın başlayıb.


Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az