logo
logo logo
logo

Lənkəranda balıq tutan kişi ÖLDÜ

19:16 - 24 Oktyabr 2026

Lənkəranda balıq tutan kişi ÖLDÜ

Lənkəranda balıq tutan 57 yaşlı kişi ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az