Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi "Man " markalı yük avtomobilin yarımqoşqusuna dəyib.
Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas eləmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.