logo
logo logo
logo

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

13:28 - 07 Noyabr 2026

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20 radələrində küçədə həmin şəxsi bıçaqlayıb.

Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az