Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var.
Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzor oğlu Əmrahov isə onun xalası oğludur.
Zərərçəkən Qazax Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib, tibbi yardımlar davam etdirilir.