logo
logo logo
logo

Sumqayıtda güclü külək - Yaşayış massivi işıqsız qaldı

22:25 - 15 Noyabr 2026

Sumqayıtda güclü külək - Yaşayış massivi işıqsız qaldı

Sumqayıt şəhərində müşahidə olunan güclü külək fəsadlara səbəb olub.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik dirəyi aşıb. Hadisə səbəbindən şəhərin Yaşıldərə yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Müvafiq qurumların əməkdaşları elektrik təsərrüfatında bərpa işlərini davam etdirirlər.

Təmir işləri başa çatdıqdan sonra yaşayış massivinin elektrik enerjisi ilə təminatının bərpa olunacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az