Qazaxda mikroavtobus qəzaya uğrayıb.
Manset.az-ın xəbərinə görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 2-si azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.