Polis ananın qonşuya verdiyi körpə ilə bağlı araşdırmalara başladı

20:47 - 14 Fevral 2022

Polis ananın qonşuya verdiyi körpə ilə bağlı araşdırmalara başladı

Gəncə şəhərində anasının baxılması üçün qonşulara verdiyi üç aylıq körpə səhhətində problem yarandığından xəstəxanaya yerləşdirilib, polis araşdırmalara başlayıb.
Manşet.az
-ın report-a istinadən məlumatına görə, hərarəti yüksək olan oğlan uşağına həkimlər tibbi yardım göstərib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu barədə polisə məlumat verilib və dərhal araşdırmalara başlanılıb: "Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.Murquzovun səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir. Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir. Vətəndaşların bildirdiyinə görə, qadın hələ ki tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmır və körpəni qonşular saxlayır. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az