Rüşvət tələb edən məktəb direktoru işdən çıxarılıb - FOTO/VİDEO

09:49 - 15 Fevral 2022

Rüşvət tələb edən məktəb direktoru işdən çıxarılıb - FOTO/VİDEO

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb. 

 

Manset.az-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb. 

Təhsil Nazirliyindən Manset.az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:

“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az