Şəmkirdə Fövqaladə Hallar Nazirliyinin əməkdas iş başında dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, hadisə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Bölməsində qeydə alınıb.
Belə ki, qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Coşqun Ələkbərovun səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.
İlkin məlumata görə, 38 yaşlı C.Ələkbərov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
baku.ws