Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin rəisi xidməti otağında intihar edib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tapança ilə vuraraq öldürüb.
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.
Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.