Polis rəisi özünü ürəyindən güllələyib

12:32 - 09 İyul 2021

Polis rəisi özünü ürəyindən güllələyib

Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv