Bakıda 29 yaşlı stilist Orxan Seyidovu qətlə yetirən şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Pərviz Həsənov müəyyən olunaraq tutulub və istintaqa təhvil verilib.
P. Həsənov mərhum Orxanın tanışı olub.
DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.