Misirin "Əl-Əhli" klubunun qapıçısı Ziad Ehab faciəvi hadisə nəticəsində dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, 19 yaşlı qolkiper yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Gənc oyunçu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
"Əl-Əhli"nin gənclərdən ibarət komandasının direktoru bildirib ki, Ehab ölkənin ən istedadlı qapıçılarından biri idi.