Üç maşın TOQQUŞDU: Ağır qəzada 4 nəfər xəsarət aldı

23:09 - 14 Mart 2022

Üç maşın TOQQUŞDU: Ağır qəzada 4 nəfər xəsarət aldı

Hacıqabulda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndiindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Lada”, “Hyundai” və “Mercedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb.

Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Həsənov Zaur Kərəm oğlu, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Göyüşzadə Kənan Əjdər oğlu və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az