Azərbaycanda bədbəxt hadisə - 20 yaşlı gənci qatar vurdu

17:41 - 22 Mart 2022

Azərbaycanda bədbəxt hadisə - 20 yaşlı gənci qatar vurdu

Kürdəmirdə ötən gecə 20 yaşlı gənci qatar vurub.

 

Manset.az “AzərTAc”a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Elgün Bünyəd oğlu Quliyev kəndin ərazisində dəmir yolundan keçmək istəyərkən onu qatar vurub. Gənc elə hadisə yerində ölüb.

Onun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az