Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

13:06 - 23 Mart 2022

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az -a verilən məlumata görə, şöbəyə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az