Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Aslanov Elşən Əlvida oğlu və 1991-ci il təvəllüdlü Orucova Günay İlqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Report