Bakıda avtomobil piyadanı vuraraq öldürdü

14:20 - 01 Aprel 2022

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə martın 31-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az