Bakıda ağır yol qəzası oldu - 5 nəfər xəsarət aldı

11:00 - 02 Aprel 2022

Bakıda ağır yol qəzası oldu - 5 nəfər xəsarət aldı

Ötən gecə Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:00 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Qala-Pirallahı yolunda 99 NH 300 dövlət qeydiyyat nişanlı “Mercedes” ilə 10 XB 203 dövlət qeydiyyat nişanlı digər “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az