Bakıda kişi yıxılaraq ölüb.
Manşet.az Lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 3-ü paytaxtın Sabunçu rayonunda baş verib.
35 yaşlı Ulukinçuk Aleq Burdanoviç evin eyvanında pilləkəndən yıxılaraq ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.