Abşeronda zəncirvari qəzanın görüntüləri - ANBAAN VİDEO

11:32 - 07 Aprel 2022

Abşeronda zəncirvari qəzanın görüntüləri - ANBAAN VİDEO

Abşeronda zəncirvari yol-nəqliyyat hadisəsi olub, üç avtomobil toqquşub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen Passat”, “Prado” markalı minik avtomobilləri və yük maşını toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən, ölən və xəsarət alan olmayıb.

Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az