AzTV 70 yaşında

09:47 - 14 Fevral 2026

AzTV 70 yaşında

Bu gün ölkəmizin ilk televiziya və radio qurumu olan “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür.


Manset.az xəbər verir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra — 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. 

    İlk verilişin aparıcısı gənc aktrisa Nəcibə Məlikova olub. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

    Yarandığı ilk gündən peşəkar yaradıcı kollektivi ilə Azərbaycan xalqının zövqünün formalaşmasında müstəsna rol oynayan Azərbaycan televiziyası yüzlərlə mütəxəssisin püxtələşməsində də töhfəsini əsirgəməyib.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az