Sabirabadda yol qəzası nəticəsində bir nəfər ölüb.
Manset.az “report”a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, yol qəzası zamanı Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Axundov Məcnun Zabitağa oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.