Gəncədə "Azercell"ə məxsus avtomobil belə vuruldu - Video

23:25 - 04 İyun 2022

Gəncədə \"Azercell\"ə məxsus avtomobil belə vuruldu - Video

Gəncədə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Publika.az--a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Azercell" şirkətinə məxsus "Niva" markalı avtomobili arxadan vurub. Nəticədə "Niva" markalı avtomobilin sürücüsü Məmmədov Elnur Nizami oğlu idarəetməni itirib və maşın səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan 4 nəfər xəsarət alıb.Yaralılardan ikisi uşaqdır.

Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Yaralıların vəziyyətləri orta-ağırıdır. Şəxsiyyətləri dəqiqləşdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az