Avtomobil yaşlı kişini vurub öldürdü

14:18 - 02 İyul 2022

Avtomobil yaşlı kişini vurub öldürdü

Oğuzda avtomobil yolu keçən yaşlı kişini vuraraq öldürüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Xalxal kəndində baş verib.

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən kənd sakini Lətifov Əlavər Abuzər oğlunu  vurub. Yaşlı kişi aldığı ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az