Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparıldı

14:29 - 04 İyul 2022

Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparıldı

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

 

Manset.az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985

Zilan Şövkətova – 2007

Səlamət Qəhrəmanova – 1961

Arzu Qəhrəmanova – 1987

Zamirə Qhərəmanova – 1988

Aygün Şəvgiyeva – 1995

Ayşəgil Qəhrəmanova – 2000

Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az