Füzulidə kişi meyiti TAPILDI

21:31 - 04 İyul 2022

Füzulidə  kişi meyiti TAPILDI

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə Manşet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az