Oğuzda avtomobil ağaca çırpılıb - 4 nəfər xəsarət alıb

18:09 - 13 İyul 2022

Oğuzda avtomobil ağaca çırpılıb - 4 nəfər xəsarət alıb

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Lada-Priora" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az