Ağstafada DƏHŞƏTLİ QƏZA: 4 nəfər yaralandı

23:05 - 20 İyul 2022

Ağstafada DƏHŞƏTLİ QƏZA: 4 nəfər yaralandı

Ağstafa rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az report-a istinadən xəbər verir ki, rayonun mərkəzi ərazisində 2 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Elşad Tağıyev, 1996-cı il təvəllüdlü Adil Orucov, 2002-ci il təvəllüdlü Xaliq Zeynallı və 1959-cu il təvəllüdlü Fərman Xəlilov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az