SON DƏQİQƏ: Bakıda yanğınla nəticələnən partlayış: Xəsarət alan var – VİDEO

00:00 - 23 İyul 2022

SON DƏQİQƏ: Bakıda yanğınla nəticələnən partlayış: Xəsarət alan var – VİDEO

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Manşet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az