Velosipedçini avtomobil vuraraq ÖLDÜRDÜ

17:39 - 23 İyul 2022

Velosipedçini avtomobil vuraraq ÖLDÜRDÜ

Şabranda avtomobil velosiped sürən şəxsi vurub. 

Daxili İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, iyulun 23-də saat 1 radələrində Şabran şəhəri ərazisində şəhər sakini A.Qurbanov idarə etdiyi VAZ-21015 markalı avtomobillə velosiped sürən Sumqayıt şəhər sakini Natiq Qulamovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.

Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az