Yanacaqdoldurma məntəqəsində alışqanla oynayan kişi bir anda alovlara büründü - VİDEO

15:50 - 30 İyul 2022

Yanacaqdoldurma məntəqəsində alışqanla oynayan kişi bir anda alovlara büründü - VİDEO

Alışqanla oynayan kişi təsadüfən özünü, yanacaqdoldurma məntəqəsini və maşınını yandırıb. Qorxunc hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.

 

Manset.az xəbər verir ki, bununla bağlı yayılan kadrlardan görünür ki, maşına yanacaq doldurarkən həmin şəxs əlində alışqanla oynayıb. Ancaq bir qığılcım kifayət edib ki, özü və maşını alovlara bürünsün.

Bununla belə sürücü özünü itirməyib. O, əvvəlcə özünü xilas edib, sonra cəld maşını hadisə yerindən uzaqlaşdırıb, nəhayət geri qayıdaraq məntəqədə alovu söndürüb.

Məlumata görə, kişi ayaqlarından ciddi yanıq xəsarətləri alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az