Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.
Məlumata görə, “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.//report.az//