Qaxda 30 yaşlı kişi bıçaqlandı - YENİLƏNDİ

23:26 - 19 Avqust 2022

Qaxda 30 yaşlı kişi bıçaqlandı - YENİLƏNDİ

Qaxda baş verən bıçaqlanma ilə bağlı bəzi təfərruatlar məlum olub.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərin birində olub. Kafedə müştəri olan Sahib Muxtarovla kafenin işlədən arasında mübahisə baş verib. Mübahisə zamanı kafeni işlədən şəxs Sahib Muxtarovu qarın boşluğundan bıçaqlayıb. Bıçaq Sahib Muxtarovun qaraciyərini zədələyib.

Hazırda kafeni işlədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir.

***

Qaxda 30 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Muxtarov Sahib Tofiq oğlu bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Həkimlər onun üzərində təcili əməliyyat keçirilməsi qərarı verib.

Hazırda yaralının üzərində cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az