Azərbaycanda xəstəxananın həyətində yanğın söndürüldü - YENİLƏNDİ (VİDEO/FOTO)

23:55 - 21 Avqust 2022

Azərbaycanda xəstəxananın həyətində yanğın söndürüldü - YENİLƏNDİ (VİDEO/FOTO)

Sumqayıt şəhərində baş vermiş yanğın saat 20.46-da söndürülüb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 400 kv.m. olan obyektin dam örtüyünün yanar konstruksiyaları və bitişik Sumqayıt şəhər Təcili Yardım Stansiyasının ərazisində ümumi sahəsi 240 kv.m. olan anbarın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Yanğından anbarın qalan hissəsi və bitişik qazanxana mühafizə olunub.

20:30

Sumqayıtda xəstəxananın həyətində yanğın baş verib.

Manset.az "Oxu.Az"a istinadən xəbər verir ki, söhbət Travmatologiya Xəstəxanasından gedir.

Yanğın xəstəxananın həyətindəki yarımtikilidə baş verib.

FHN-dən verilən cavabda yanğın faktı təsdiq edilib. Bildirilib ki, hazırda əraziyə yanğınsöndürən maşınlar cəlb olunub:

"Hazırda yanğının söndürülməsi tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az