Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.
Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
"Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.