Hacıqabulda avtomobil dərəyə aşdı - Ər-arvad xəsarət aldı

23:04 - 27 Avqust 2022

Hacıqabulda avtomobil dərəyə aşdı - Ər-arvad xəsarət aldı

Hacıqabulda baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində kənd sakinləri, 1984-cü il təvəllüdlü Abdinov İlham İbad oğlu və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Abdinova Gülnar Əmirxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az