Tanışını bıçaqlayıb qaçan şəxsin xəbər saytlarında paylaşılan görüntülərilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü A.İsazadə müəyyən olunaraq saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Araşdırmalar davam etdirilir.
11:05
Bakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.
Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.