Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusu 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.
Manset.az-ın məlumatına görə, meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara Xəzər televiziyasında yayımlanan “Təsir Dairəsi” verilişinə bağlanıb. O, aparıcı Lalə Azərtaşın suallarını cavablandırıb.
Dəhşətli qətldən danışan K.Aypara Rəşad Dağlının cinayəti törədəndən sonra ailəsi ilə görüşmədiyini, polisə gedərək təslim olduğunu bildirib.