Nazirlik hərbçilərin qəzaya düşməsi ilə bağlı açıqlama yaydı - YENİLƏNDİ

19:19 - 11 Noyabr 2022

Nazirlik hərbçilərin qəzaya düşməsi ilə bağlı açıqlama yaydı - YENİLƏNDİ

Müdafiə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb.

 

Manset.az xəbər verir ki, nazirlikdən bildirilib ki, noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb. Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

17:13

Goranboyda hərbi maşın qəzaya uğrayıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az