Şəmkirdə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

19:58 - 17 Noyabr 2022

Şəmkirdə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Şəmkir rayonunda idarəetmədən çıxan VAZ markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişin xəsarət alıb.

 

Manset.az xəbər verir, hadisə rayonun “Karaz yolu” adlanan yolda qeydə alınıb.

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az