Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri aldı

09:26 - 20 Avqust 2021

Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri aldı

Daşkəsən rayonunda 1 yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Manset.az xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az