Gəncə şəhər sakininə ağır xəsarətlər yetirilib.
Manset.az xəbər verir ki, 1976-cı il təvəllüdlü C.Bayramov şəhər ərazisində mübahisə zəminində döyülərək ağır xəsarətlər alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)