Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Manset.az “Report”- a istinadən xəbər verir ki, "Toyota Prius" markalı minik avtomobili ilə "Opel Astra" markalı minik maşınının toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Əhədov Elnur Camaləddin oğlu, 1991-ci il təvəllüdlü Abdullayev Ağa Gülmalı oğlu, 1996-cı il təvəllüdlü Nuriyev Qasım Zahid oğlu və 1987-ci il təvəllüdlü Xudaverdiyev Siyavuş Zahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.