Xaçmazda itkin düşən azyaşlı qardaşlar tapılmayıb: Axtarışlar davam etdirilir - YENİLƏNDİ

15:00 - 22 Aprel 2023

Xaçmazda itkin düşən azyaşlı qardaşlar tapılmayıb: Axtarışlar davam etdirilir - YENİLƏNDİ

“Xaçmazda itkin düşən iki qardaşın tapılması üzrə axtarışlar davam edir”.

 

Manset.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir”.

 

***14:22

 

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

 

Manset.az xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

“Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər”, - o söyləyib. 

 

***11:24

 

Xaçmazda iki qardaş itkin düşüb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az