Tez-tez üşümək bu xəstəliyin əlaməti ola bilər

08:00 - 22 Fevral 2026

Tez-tez üşümək bu xəstəliyin əlaməti ola bilər

Daim üşümək ciddi xəstəliyin əlaməti ola bilər.


Manset.az-ın Milli.az-a istinadən məlumatına görə, rusiyalı kardioloq Yuri Belenkov bildirib ki, davamlı üşümə hissi qalxanabənzər vəzinin zəif fəaliyyəti - hipotireozun əlaməti ola bilər.

Onun sözlərinə görə, bu xəstəlik xroniki yorğunluq, yuxululuq, dəri quruluğu və saç tökülməsi ilə də müşayiət olunur. Həkim xəbərdarlıq edib ki, vaxtında müalicə olunmayan hipotireoz ürəyin işemik xəstəliyinə səbəb ola və həyati risk yarada bilər.

Mütəxəssis daim soyuqluq hissi yaşayan şəxslərə tibbi müayinədən keçməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az